» » » Azərbaycan cüdoçuları Yaponiyada təlim-məşq toplanışındadırlar

Azərbaycan cüdoçuları Yaponiyada təlim-məşq toplanışındadırlar

Azərbaycan cüdoçuları Yaponiyada təlim-məşq toplanışındadırlar

Cüdo üzrə Azərbaycan milli komandasının əsas üzvləri hazırda Yaponiyanın paytaxtı Tokioda təlim-məşq toplanışındadır. Federasiyanın mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumata görə, hər il ənənəvi keçirilən məşq prosesinə Yaponiya, Fransa, Cənubi Koreya, Braziliya, Çex Respublikası, Monqolustan, İtaliya, Rusiya kimi dünyanın aparıcı cüdo ölkələrinin milli komandaları da qatılıblar.

Yığma üzvləri baş məşqçi Fərhad Məmmədov, məşqçilər Mövlud Mirəliyev və Şümşat Bəhramovun rəhbərliyi altında gündə 2 dəfə məşq edirlər. Tokio toplanışında Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Telman Vəliyev, Məmmədəli Mehdiyev, Firudin Dadaşov, Elxan Məmmədov, Zelim Kotsoyev, Uşangi Kokauri, İçinxorlo Munxtsedev, Aişə Qurbanlı, Nəzakət Əzizova və Xanım Hüseynova iştirak edirlər.

Qeyd edək ki, cüdoçuların ən ciddi sınağı avqustun 28-dən sentyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatı olacaq.

Interesting facts scroll top