» » » Kolumbiya klubunun azarkeşi döyülərək öldürülüb

Kolumbiya klubunun azarkeşi döyülərək öldürülüb

Kolumbiya klubunun azarkeşi döyülərək öldürülüb

Kolumbiyanın "Amerika" futbol klubunun azarkeşi "Deportivo" ilə Kali derbisindəki toqquşmalar zamanı dünyasını dəyişib.

ucarliyiq.biz-in məlumatına görə, fanat mağazadan alkoqol aldığı vaxt ona rəqib komanda tərəfdarları hücum ediblər. Döyülən azarkeş dostu tərəfindən motosikletlə xəstəxanaya aparılarkən keçinib.

Ümumilikdə oyun ərzində 57 dəfə toqquşma baş verib. Final fitinədək 70 nəfər saxlanılıb.

Kolumbiya çempionatının yarımfinal mərhələsinin cavab görüşü "Amerika"nın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. İlk oyun qolsuz yekunlaşdığından, "Deportivo" finala yüksəlib. Həlledici qarşılaşmada rəqib "Atletiko Nasyonal" olacaq.

scroll top