» » » "Neftçi" futbol komandasında yeni məşqçi təyinatı olub

"Neftçi" futbol komandasında yeni məşqçi təyinatı olub


"Neftçi” futbol klubunun qapıçılar üzrə məşqçisi vəzifəsinə yeni təyinat baş tutub. ucarliyiq.biz-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifəni Rauf Salamov yerinə yetirəcək.

49 yaşlı mütəxəssis ailəvi səbəblərdən postunu tərk edərək, Rusiyanın paytaxtı Moskvaya yollanan Dmitri Kramarenkonu əvəzləyib. R.Salamov 1994 - 1996, 1998 - 1999-cu illərdə "Neftçi”də çıxış edib. Salamov bu müddət ərzində ölkə çempionatının (1996), kubokunun (1995, 1996) və Superkubokunun (1995) qalibi olub.

scroll top