» » » Rusiyalı boksçu Krıma səfər etdiyi üçün Ukraynaya buraxılmayıb

Rusiyalı boksçu Krıma səfər etdiyi üçün Ukraynaya buraxılmayıb


Xarkovda keçiriləcək boks üzrə Avropa çempionatına yollanan Rusiya nümayəndə heyətinin 8 üzvü Ukraynaya buraxılmayıb.

ucarliyiq.biz-in məlumatına görə, giriş icazəsi ala bilməyənlər arasında boksçu Georgi Kuşitaşvili də var.

Qalan şəxslər federasiyanın mətbuat katibi, iki jurnalist və bir neçə azarkeş olub. Səbəb kimi onların əvvəllər Krıma səfər etmələri göstərilib. Ukraynaya buraxılmayanların hamısı Rusiyaya qayıdacaqlar.

Qeyd edək ki, Avropa çempionatı iyunun 16 - 26-da keçiriləcək. Georgi Kuşitaşvilinin 81 kq çəki dərəcəsində çıxış etməsi nəzərdə tutulurdu.

scroll top