» » » Azərbaycanın voleybol klublarının Çelenc Kubokunda rəqibləri müəyyənləşib

Azərbaycanın voleybol klublarının Çelenc Kubokunda rəqibləri müəyyənləşib


Voleybol üzrə Çelenc Kubokunun püşkatma mərasimi keçirilib.

ucarliyiq.biz-in məlumatına görə, Azərbaycanı qadınların mübarizəsində təmsil edəcək "Azərreyl"in bəxtinə Rumıniynın "Stiinta" (Bakau) komandası düşüb.

1/16 final mərhələsində ev və səfər prinsipi ilə keçiriləcək görüşlərdən qalib ayrılan komandası növbəti mərhələdə "Sm Aeş Pfeffingen" (İsveçrə) - "Mladost" (Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək. Oyunlar 12 - 14 dekabr və 9 - 11 yanvarda baş tutacaq.

Kişilərdən ibarət "Lokomotiv" isə Kipr "Apoel"inə rəqib olub. İlk oyunlar 21 - 23 noyabrda, cavab görüşləri 28 - 30 noyabrda keçiriləcək. Qalib komanda 1/16 finala yüksələcək.

Interesting facts scroll top