» » » Azərbaycan boksçuları Naxçıvanda keçirilən "Heydər Əliyev Kuboku"nda 19 medal qazanıblar

Azərbaycan boksçuları Naxçıvanda keçirilən "Heydər Əliyev Kuboku"nda 19 medal qazanıblar

Azərbaycan boksçuları Naxçıvanda keçirilən "Heydər Əliyev Kuboku"nda 19 medal qazanıblar

Naxçıvanda yeniyetmə oğlan boksçular arasında keçirilən “Heydər Əliyev Kuboku-2017” beynəlxalq turniri başa çatıb. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumata görə, 4 gün davam etmiş yarışda bu gün baş tutan final görüşlərindən sonra bütün mükafatçıların adına aydınlıq gəlib.

Turnirə 2 komanda ilə qatılan Azərbaycan yığması 4 qızıl, 5 gümüş və 10 bürünc medal qazanıb. Komanda hesabında ikinci yeri 4 qızıl və 5 bürünc medalla Qazaxıstan tutub.

İran yığmasının mükafat qazanmadığı turnirdə Özbəkistan (3 qızıl, 1 gümüş, 2 bürünc), Gürcüstan (1-4-1) və Ukrayna (0-1-5) 6, Qırğızıstan 4 (1-0-3), Macarıstanla (0-1-0) Rusiya hərəyə 1 (0-1-0) medala sahib olub.

scroll top