» » » "Axmat" klubunun prezidenti "Qəbələ" üzərində qələbənin əhəmiyyətindən danışıb

"Axmat" klubunun prezidenti "Qəbələ" üzərində qələbənin əhəmiyyətindən danışıb


Avstriyadakı yoxlama matçında "Qəbələ" üzərində qələbə Rusiyanın "Axmat" futbol klubu üçün əlamətdar olub. ucarliyiq.biz-in məlumatına görə, əvvəllər "Terek" adlandırılmış Çeçenistan təmsilçisi "Axmat"a çevrildikdən sonra ilk oyunundan qalib ayrılıb.

Bununla bağlı klub prezidenti Maqomed Daudov fəxri prezident Ramzan Kadırovu, məşqçilər heyətini, futbolçuları və azarkeşləri təbrik edib. O bildirib ki, futbolçular bir nəfər kimi meydana motivasiyalı, mübariz əhval-ruhiyyədə köklənmiş və "Axmat" forması ilə ilk oyunun əhəmiyyətini anlayaraq çıxıblar: "Əminəm ki, komandamızın oyunçuları gələcəkdə də oyunun yoxlama və ya rəsmi xarakter daşımasına əhəmiyyət önəm vermədən belə köklənmiş halda meydana çıxacaqlar".

Qeyd edək ki, "Axmat" "Qəbələ"ni 1:0 hesabı ilə yenib. Çeçenistan prezidenti Ramzan Kadırovun atasının adını daşıyan klub iyunun 20-də Azərbaycan çempionu "Qarabağ"la qarşılaşacaq.

scroll top