» » » Azərbaycan həndbol millisi Ermənistan yığmasını böyük hesabla məğlub edib

Azərbaycan həndbol millisi Ermənistan yığmasını böyük hesabla məğlub edib


Kişi həndbolçulardan ibarət Azərbaycan milli komandası Bolqarıstanda Avropanın zəif ölkələri arasında keçirilən "Challenge Trophy" turnirində 9 - 16-cı yerlər uğrunda ilk görüşə çıxıb. ucarliyiq.biz-in məlumatına görə, rəqib Ermənistan yığması olub.

Görüş Hikmət Abdullayevin baş məşqçi olduğu komandanın aşkar üstünlüyü şəraitində keçib. İlk yarıdan 21:7 hesablı üstünlüklə ayrılan Azərbaycan millisi yekunda 18 top fərqi ilə qələbə qazanıb - 39:21. Qalib komandadan ən yaxşı oyunçu adına Maksim Butenko layiq görülüb.

Qeyd edək ki, Azərbaycan millisi daha 2 rəqiblə görüşdən qalib ayrılsa, turniri 9-cu yerdə başa vuracaq.

scroll top