» » » Lev Yaşinin həyat yoldaşı Peleyə "Dinamo" stadionuna ömürlük buraxılış vəsiqəsi hədiyyə edb

Lev Yaşinin həyat yoldaşı Peleyə "Dinamo" stadionuna ömürlük buraxılış vəsiqəsi hədiyyə edb


Keçmiş SSRİ yığmasının mərhum qapıçısı Lev Yaşinin həyat yoldaşı Valentina Yaşina üçqat dünya çempionu Peleyə "Dinamo" stadionuna ömürlük buraxılış vəsiqəsi hədiyyə edib.

ucarliyiq.biz-in məlumatına görə, T.Yaşina braziliyalı futbol kralı ilə 1958-ci ildən tanış olduğunu bildirib. O, buraxılış vəsiqəsini Pele ilə bu gün Moskvada baş tutan görüşündə təqdim edib.

Qeyd edək ki, "Dinamo" stadionu 1928-ci ildə mərkəzi arena kimi inşa olunub. Sonradan 3 dəfə yenidən qurulan stadionda sonuncu oyun 2008-ci ildə keçirilib. Hazırda təmirdə olan arena 2018-ci il dünya çempionatında komandalardan birinin bazası ola bilər. Burada ilk oyunun oktyabrın 22-də - Lev Yaşinin ad günündə keçiriləcəyi bildirilir.

Interesting facts scroll top