» » » Rusiyada Konfederasiyalar Kuboku başlanır

Rusiyada Konfederasiyalar Kuboku başlanır

Rusiyada Konfederasiyalar Kuboku başlanır

Bu gün Rusiyada futbol üzrə Konfederasiyalar Kubokuna start veriləcək. ucarliyiq.biz-in məlumatına görə, sayca 8-ci dəfə keçiriləcək yarış 2018-ci il dünya çempionatı öncəsi yoxlama xarakteri daşıyır.

Oyunlar gələn il mundialı qəbul edəcək stadionlarda təşkil olunacaq. Konfederasiyalar Kubokuna ümumilikdə 8 ölkə qatılıb. Bunlar təşkilatçı ölkə Rusiya, 2014-cü ilin dünya çempionu Almaniya, 2015-ci il Asiya Kubokunun qalibi Avstraliya, Amerika Kubokunun sahibi Çili, "Gold Cup 2013" və "Gold Cup 2015"in sahibləri arasındakı oyunun qalibi Meksika, 2016-cı il Okeaniya Kubokunun qalibi Yeni Zelandiya, 2016-cı ilin Avropa çempionu Portuqaliya və 2017-ci il Afrika Millətlər Kubokunun qalibi Kamerun yığmalarıdır. Rusiya, Portuqaliya və Çili ilk dəfə iştirak edəcək. Oyunlar Moskvadakı "Spartak", Soçidəki "Fişt" stadionlarında, eləcə də Sankt-Peterburq və Kazandakı eyniadlı arenalarda keçiriləcək.

Püşkə əsasən, Rusiya, Yeni Zelandiya, Portuqaliya və Meksika A qrupunda, Kamerun, Çili, Avstraliya və Almaniya B qrupunda yer alıb.

Turnirin təqvimi:

A qrupu

17 iyun

19:00. Rusiya – Yeni Zelandiya

Baş hakim: Vilmar Roldan (Kolumbiya)

"Sankt Peterburq Arena"

18 iyun

19:00. Portuqaliya – Meksika

"Kazan Arena"

21 iyun

19:00. Rusiya – Portuqaliya

"Spartak" stadionu

22:00. Meksika – Yeni Zelandiya

"Fişt" stadionu

24 iyun

19:00. Meksika – Rusiya

"Kazan Arena"

19:00. Yeni Zelandiya – Portuqaliya

"Sankt Peterburq Arena"

B qrupu

18 iyun

22:00. Kamerun – Çili

"Spartak" stadionu

19 iyun

19:00. Avstraliya – Almaniya

"Fişt" stadionu

22 iyun

19:00. Kamerun – Avstraliya

"Sankt Peterburq Arena"

22:00. Almaniya – Çili

"Kazan Arena"

25 iyun

19:00. Almaniya – Kamerun

"Fişt" stadionu

19:00. Çili – Avstraliya

"Spartak" stadionu

Yarımfinal

28 iyun

1. 22:00. A qrupunun qalibi – B qrupunun ikincisi. "Kazan Arena"

29 iyun

2. 22:00. B qrupunun qalibi – A qrupunun ikincisi. "Fişt" stadionu

3-cü yer uğrunda

2 iyul

16:00. 1-ci cütün məğlubu – 2-ci cütün məğlubu. "Spartak" stadionu

FİNAL

2 iyul

22:00. 1-ci cütün qalibi – 2-ci cütün qalibi. "Sankt Peterburq Arena"

Qeyd edək ki, əvvəlki 7 Konfederasiyalar Kubokunda Braziliya 4 dəfə qalib olub. Bunlardan birincisi ilk (1997), qalanları isə son 3 (2005, 2009, 2013) turnirə təsadüf edib. 2001 və 2003-cü illərdə kuboku Fransa, 1999-cu ildə isə Meksika qazanıb.

Interesting facts scroll top