» » » AFFA Fuad Musayevin vəfatı ilə əlaqədar başsağlığı verib

AFFA Fuad Musayevin vəfatı ilə əlaqədar başsağlığı verib

AFFA Fuad Musayevin vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) qurumun ilk prezidenti Fuad Musayevin vəfatı ilə əlaqədar başsağlığı verib.

ucarliyiq.biz-in məlumatına görə, başsağlığı mətni milli assosiasiyanın rəsmi saytında yerləşdirilib.

Mətndə deyilir: "AFFA rəhbərliyi ölkə futbol ictimaiyyəti adından AFFA-nın sabiq prezidenti Fuad Musayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!"

Qeyd edək ki, Fuad Musayev 1992 - 2003-cü illərdə AFFA-nın prezidenti olub. O, ötən gün Rusiyanın paytaxtı Moskvada 79 yaşında ikən vəfat edib.

Interesting facts scroll top