» » » Fuad Musayev Yasamal qəbiristanlığında dəfn olunacaq

Fuad Musayev Yasamal qəbiristanlığında dəfn olunacaq

Fuad Musayev Yasamal qəbiristanlığında dəfn olunacaq

AFFA-nın ilk prezidenti Fuad Musayevin cənazəsi bu gecə Rusiyanın paytaxtı Moskvadan Bakıya gətiriləcək. Qurumun keçmiş baş katibi Çingiz İsmayılovun ucarliyiq.biza verdiyi məlumata görə, F.Musayevlə vida mərasimi iyunun 18-də Təzə Pir məscidində keçiriləcək.

Saat 14:00-da qılınacaq cənazə namazının ardından mərhum Yasamal qəbiristanlığında valideynlərinin yanında dəfn olunacaq.

Qeyd edək ki, Fuad Musayev ötən gün böyrəyindəki problem üzündə 79 yaşında ikən dünyasını dəyişib. O, 1992 - 2003-cü illərdə AFFA-nın prezidenti olub.

Interesting facts scroll top