» » » “Beşiktaş”ın prezidenti: “Bu il Azərbaycana gedəcəyimiz dəqiqləşib”

“Beşiktaş”ın prezidenti: “Bu il Azərbaycana gedəcəyimiz dəqiqləşib”

“Beşiktaş”ın prezidenti: “Bu il Azərbaycana gedəcəyimiz dəqiqləşib”

“Müsəlman ölkələrində rəğbət qazana bilərik. Məsələn, Azərbaycanda inanılmaz sayda “Beşiktaş” azarkeşi var. Keçən il ora səfər edə bimədik. Amma bu il Azərbaycana gedəcəyimiz dəqiqləşib”.

“Report”un məlumatına görə, bunu “Vatan” qəzetinə müsahibəsində Türkiyənin “Beşiktaş” klubunun prezidenti Fikret Orman deyib.

Klub rəhbəri bildirib ki, Çin səfərləri başlanğıcdır və ümumilikdə 10-12 ölkəyə getməyi planlaşdırırlar: “Çin bizim üçün başlanğıcdır. Pakistan və Hindistanın da yerləşdiyi Uzaq Şərqdə milyarda yaxın müsəlman var. Biz “Real Madrid”, “Barselona” və ya “Mançester Yunayted” deyilik. Heyətində Messi, Ronaldu, İbrahimoviç olan komandalardan azarkeş qoparmaq asan iş deyil. Qazaxıstana, İndoneziyaya, Malayziyaya yollanacağıq və oralarda oyunlar keçirəcəyik. Hədəfimizdə təxminən 10-12 ölkə var".

Qeyd edək ki, “Beşiktaş” iyulun 16-da Çinə gedəcək və 4 günlük səfər müddətində iki hazırlıq matçı keçirəcək.

scroll top