» » » Florentino Peres 2021-ci ilə qədər “Real Madrid” klubunun prezidenti olacaq

Florentino Peres 2021-ci ilə qədər “Real Madrid” klubunun prezidenti olacaq

Florentino Peres 2021-ci ilə qədər “Real Madrid” klubunun prezidenti olacaq

İspaniyanın “Real Madrid” klubunun prezidenti Florentino Peres 2021-ci ilə qədər postunda qalacaq. “Report”un “Marca” nəşrinə istinadən verdiyi məlumata görə, səbəb prezident seçkisi üçün ərizələrinin verilməsi müddəti başa çatsa da, namizədliyini irəli sürən digər şəxsin olmamasıdır.

70 yaşlı funksioner alternativi olmadığı üçün fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, bu, Florenino Peresin "Real Madrid"də 2-ci prezidentlik dönəmidir. O, 2006 - 2009-cu illərdə də "kral klubu"na rəhbərlik edib. Luiş Fiqu, Zindedin Zidan, Fabio Kannavaro, Devid Bekhem, Ronaldo Luis Nazario, Kriştianu Ronaldu, Kaka kimi ulduz futbolçuları transfer edən iş adamı xeyli sayda kubok da görüb. "Real Madrid" onun rəhbərliyi altında 6 dəfə İspaniya çempionu olub, 2 dəfə ölkə kuboku, 4 dəfə İspaniya Super Kuboku və 4 dəfə Çempionlar Liqasını qazanıb.

scroll top