» » » “Samtredia” - “Qarabağ” oyununun keçiriləcəyi stadion müəyyənləşib

“Samtredia” - “Qarabağ” oyununun keçiriləcəyi stadion müəyyənləşib

“Samtredia” - “Qarabağ” oyununun keçiriləcəyi stadion müəyyənləşib

Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Samtredia” komandası ilə keçirəcəyi cavab qarşılaşmasının stadionu müəyyənləşib.

“Report”un məlumatına görə, görüş Tbilisidəki 55 min yerlik Boris Payçadze adına “Dinamo-Arena”da baş tutacaq. Hələlik oyunun tarixi dəqiqləşməyib.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunu 11 - 12 iyulda Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda, cavab görüşü 18-19 iyulda baş tutacaq. “Samtredia” ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”ni “Zestafoni” stadionunda qəbul edib.

scroll top