» » » "Samtredia"nın baş məşqçisi: "Qarabağ"la oyunda qalib olma şansımız var"

"Samtredia"nın baş məşqçisi: "Qarabağ"la oyunda qalib olma şansımız var"

"Samtredia"nın baş məşqçisi: "Qarabağ"la oyunda qalib olma şansımız var"

“Azərbayan çempionu “Qarabağ” güclü və varlı klubdur. Həm də ötən mövsüm Azərbaycanın daha bir təmsilçisi "Qəbələ" bizi Avropa Liqasında mübarizədən kənarlaşdırmışdı”.

“Report”un məlumatına görə bunu Gürcüstanın "Samtredia" komandasının baş məşqçisi Georgi Tsetsadze Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü yerli "İctimai" televiziyaya dəyərləndirərkən deyib. O, digər potensial rəqiblərdən Kiprin APOEL, Serbiyanın "Partizan", Avstriyanın "Zalsburq" və Bolqarıstanın "Lüdoqorets" klublarının da "Qarabağ"dan az çempion olmadıqlarını vurğulayıb. Bu baxımdan, Tsetsadze Azərbaycan təmsilçiləri ilə oyun təcrübəsinin olduğunu xatırladaraq, cütün qalibi ola bilmələrinin mümkünlüyünü dilə gətirib.

Qeyd edək ki, "Qarabağ"la "Samtredia" arasındakı ilk oyun 11-12 iyulda Bakıda, cavab görüşü bir həftə sonra Gürcüstanda keçiriləcək.

Interesting facts scroll top