» » » "Zirə"nin baş məşqçisi: "Avropa Liqasındakı ilk rəqib "Zirə"yə uyğundur"

"Zirə"nin baş məşqçisi: "Avropa Liqasındakı ilk rəqib "Zirə"yə uyğundur"

"Zirə"nin baş məşqçisi: "Avropa Liqasındakı ilk rəqib "Zirə"yə uyğundur"

"5 rəqibdən bizə uyğun rəqib düşdü. Amma maraqlandıqda görürük ki, "Differdanj" "Düdelanj"a yalnız top fərqində uduzaraq, 2-ci yeri tutub. Geniş məlumatı bu gün toplayacağıq".

Bunu ucarliyiq.biza açıqlamasında "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib. O bildirib ki, komandası Avroliqada ilk dəfə çıxış etməsinə baxmayaraq, Lüksemburq vitse-çempionları ilə görüşə iddialı çıxacaqlar. Gənc mütəxəssis ilk oyunun Bakıda keçirilməsini komandası üçün üstünlük adlandırıb: "Məncə, birinci oyunun evdə keçirilməsi normaldır. Hazırlıq prosesinə tez başlamışıq və oyunlar keçirmişik. Həm də hazırda təlim-məşq toplanışında olduğumuz Boludan Bakıya qayıdıb, səfərə yollanmamaqdansa, elə paytaxtda rəqibi gözləmək daha yaxşı olardı".

A.Abbasov komandası üçün daha bir üstünlük kimi son yoxlama oyunu iyunun 20-də Rumıniya çempionu "Viitorul"a qarşı keçirmələrini vurğulayıb.

Qeyd edək ki, "Zirə" "Differdanj"la ilk oyunu iyunun 29-da "Dalğa Arena"da keçirəcək. Cavab görüşü isə iyulun 6-da Differdanj şəhərində keçiriləcək.

scroll top