» » » "Mladost"un baş məşqçisi "İnter"ə rəqib olmalarından razı qalıb

"Mladost"un baş məşqçisi "İnter"ə rəqib olmalarından razı qalıb

"Mladost"un baş məşqçisi "İnter"ə rəqib olmalarından razı qalıb

Avropa Liqasının I təsnifat mərhələsində Bakı "İnter"inə rəqib olacaq Serbiyanın "Mladost" komandasının baş məşqçisi Nenad Milovanoviç fikirlərini bölüşüb. ucarliyiq.biz-in məlumatına görə, 48 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında püşkatmanın nəticəsindən razı qaldığını bildirib.

O, futbolçularının klub, Luçani şəhəri və Serbiya adına əllərindən gələnin ən yaxşısını edəcəklərinə söz verib: "Digər potensial rəqibləri nəzərə aldıqda, püşkdən razı qaldığımı deyə bilərəm. Ümumilikdə, nəyəsə ümid etməyə haqqımız var".

Qeyd edək ki, "Mladost-in digər potensial rəqibləri "Trençin" (Slovakiya), "Makkabi" (Təl-Əviv, İsrail), "Daçiya" (Moldova) və "Şirak" (Ermənistan) idi. "İnter" ilk oyunu iyunun 29-da səfərdə, cavab görüşünü iyulun 6-da Bakıda keçirəcək.

scroll top