» » » Azərbaycanın 3 boksçusu dünya çempionatına lisenziya qazanıb

Azərbaycanın 3 boksçusu dünya çempionatına lisenziya qazanıb

Azərbaycanın 3 boksçusu dünya çempionatına lisenziya qazanıb
© Courtesy İmage

Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında 1/8 final mərhələsinə start verilib.

ucarliyiq.biz xəbər verir ki, bu gün Azərbaycan millisinin 5 idmançısı rinqə çıxıb.

Onlardan 3-ü qalib gəlməklə həm mərhələ adlayıb, həm də dünya çempionatına lisenziya qazanıb.

Yığmamızın heyətində 49 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə Nazar Kurotçinlə (Ukrayna) üz-üzə gəlib. Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca Lorenzo Sotomayor (64 kq) qüvvəsini sınayıb. Fransalı Vahid Hambli ilə qarşılaşan Olimpiya mükafatçımız rəqibini 4:1 hesabı ilə məğlub edib. Sotomayor 1/4 finalda polşalı Mateuş Polski (Polşa) ilə gücünü yoxlayacaq.

İkiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) da yarışda ilk döyüşünü qələbə ilə bitirib. O, Aleksandr Kaleyevə (Belarus) 4:1 hesabı ilə qalib gəlib. Məcidov yarımfinala gedən yolda Camili-Dini Aboudo-Moindze (Fransa) ilə qarşılaşacaq.

52 kq çəki dərəcəsində rinqə çıxan Elvin Məmişzadə Manuel Fabritsio Kappai (İtaliya) ilə döyüşüb. Qarşılaşmadan rəqib üstün ayrılıb –0:5.

Çempionatın 4-cü günündə Pərviz Bağırov (69 kq) da ilk sınağına çıxıb. Simyon Çamovla (Bolqarıstan) üz-üzə gələn həmyerlimiz 4:1 hesabı ilə qələbə qazanıb. O, növbəti qarşılaşmasında ukraynalı Yevgeni Barabanovla mübarizə aparacaq.

1/4 final döyüşləri iyunun 21-də olacaq.

Sabah daha 4 boksçumuz 1/8 final görüşünə çıxacaq.

Interesting facts scroll top