» » » Avropa Paralimpiya Komitəsinə yeni prezident seçilib

Avropa Paralimpiya Komitəsinə yeni prezident seçilib

Avropa Paralimpiya Komitəsinə yeni prezident seçilib

Avropa Paralimpiya Komitəsinin (EPC) yeni prezidenti müəyyənləşib.

“Report”un məlumatına görə, təşkilatın Polşanın Katovitse şəhərində keçirilən Baş Assambleyasında Xorvatiya Paralimpiya Komitəsinin rəhbəri Ratko Kovaçiç EPC prezidenti seçilib.

R.Kovaçiç bu postda danimarkalı Yon Peterssonu əvəzləyib.

Qeyd edək ki, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti vəzifəsinə seçkilər sentyabrın 8-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə baş tutacaq.

scroll top