» » » Azərbaycan yığması Avropa çempionatına hazırlığı Qubada davam etdirəcək

Azərbaycan yığması Avropa çempionatına hazırlığı Qubada davam etdirəcək


Avropa çempionatına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışını Qubada davam etdirəcək.

Azərbaycan Voleybol Federasiyasından “Report”a verilən məlumata görə, bu gündən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin Quba Tədris-İdman və İstirahət Kompleksində start götürəcək hazırlıq prosesi iyulun 20-dək davam edəcək.

Məşqlərdə ilk “14”lüyə Faiq Qarayev, ikinci komandaya isə Adnan Kistak rəhbərlik edəcək.

Avropa çempionatına hazırlıqla əlaqədar iyulun 22-də Bakıda, 25-də isə Göygöldə test yarışı nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan yığması 22 sentyabr – 1 oktybar aralığında baş tutacaq Avropa çempionatında Almaniya, Macarıstan və Polşa milliləri ilə birgə A qrupunda yer alacaq.

scroll top