» » » “Zirə” komandasının Avropa Liqasındakı oyununu belaruslu hakimlər idarə edəcəklər

“Zirə” komandasının Avropa Liqasındakı oyununu belaruslu hakimlər idarə edəcəklər


“Zirə” komandasının futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində Rumıniya təmsilçisi “Astra” ilə ilk matçını belaruslu hakimlər idarə edəcəklər.

“Report”un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın referisi Sergey Tsinkeviç olacaq. Ona Vitali Malyutin və Yevgeni Romanov kömək edəcəklər. Görüşün dördüncü hakimi isə Viktor Şimusikdir.

Qeyd edək ki, iyulun 13-də “Marin Anastasoviç” stadionunda keçiriləcək “Astra” – “Zirə” matçı Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Interesting facts scroll top