» » » "Qəbələ" - "Yagelloniya" oyununun biletləri satışa çıxarılır

"Qəbələ" - "Yagelloniya" oyununun biletləri satışa çıxarılır


“Qəbələ” komandasının futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində Polşa təmsilçisi "Yagelloniya" ilə evdə keçirəcəyi ilk oyun üçün biletlər bu gün satışa çıxarılacaq.

Klubdan “Report”a verilən məlumata görə, biletləri saat 15:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun və "Bakcell Arena"nın kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq 1 - 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, iyulun 13-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Yagelloniya" matçı saat 21:00-da başlayacaq.

scroll top