» » » Azərbaycan voleybol millisi Avropa çempionatına hazırlıq məqsədi ilə Qubaya yollanıb

Azərbaycan voleybol millisi Avropa çempionatına hazırlıq məqsədi ilə Qubaya yollanıb

Azərbaycan voleybol millisi Avropa çempionatına hazırlıq məqsədi ilə Qubaya yollanıb

Voleybolçu qadınlar arasında Avropa çempionatına hazırlaşan Azərbaycan milli komandası Qubaya yola düşüb.

Federasiyanın mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumata görə, təlim-məşq toplanışı Azərbaycan Dövlət İqtisad Universitetinin Quba Tədris, İdman və İstirahət Kompleksində baş tutacaq.

Komanda toplanışa 40 nəfərdən çox heyətlə start verəcək. Onlar iki qrupa bölünüblər. İlk "14-lüy"ə Faiq Qarayev, ikinci komandaya isə Adnan Kistak rəhbərlik edəcək.

Avropa Çempionatına hazırlıqla əlaqədar iyulun 22-də Bakıda, iyulun 25-də isə Göygöldə test yarışı keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi Bakı, Göyçay və Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatında A qrupunda Almaniya, Macarıstan və Polşa ilə yer alıb.

Interesting facts scroll top