» » » Qurban Qurbanov: "Problemlərimiz var, onları görəcəksiniz"

Qurban Qurbanov: "Problemlərimiz var, onları görəcəksiniz"

Qurban Qurbanov: "Problemlərimiz var, onları görəcəksiniz"

“Çox vacib oyuna hazırlaşırıq. Problemlərimiz var, onları görəcəksiniz.”

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Samtredia” ilə ilk oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

Qırx beş yaşlı mütəxəssis bildirib ki, Ağdam təmsilçisi qarşıdakı görüşdə yeni transferlərə start heyətində yer verməyəcək.

Sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Bəs Riçard Almeyda necə?

- Onun durumu sual altındadır.

- Yoldaşlıq oyunlarındakı məğlubiyyətlər komandanın durumuna mənfi təsir göstərməyəcək ki?

- Komanda təcürbəli futbolçulardan qurulub. Belə hallarla çox üzləşmişik. Bu dəfə səhvlərimizin sayı az olacaq.

- Sabahkı oyuna tam hazırsınızmı?

- Tam hazır olduğumuzu deməzdim. İstədiyim oyunu bu gün tələb etməyim düzgün deyil. Lakin toplanışdan indiyı kimii çox dəyişikliklər baş verib.

- “Qəbələ”nin qarşılaşdığı “Samtredia” ilə indiki arasında nə kimi fərqlər var?

- Tam fərqlidir. Bu komandanı əvvəlki ilə müqayisə etmək düzgün deyil. Bu il oyun sistemlərində 3 dəfə dəyişiklik ediblər. Bu onu göstərir ki, rəqib fərqli sistemlə oynamağı bacarır.

- Mətbuatda mərəhələ keçsəniz yeni transferlərin olacağı yazılır. Bu, doğrudurmu?

- Transferin mərhələ adlamaqla əlaqəsi yoxdur. Bu, elədə asan iş deyil. Hər oyunçunu almaq olmur. İstədiyimiz futbolçuları 5 gündən və ya 1 aydan sonra da transfer edə bilərik.

- Sabah heyətlə bağlı problem olmayacaq?

- Heyətlə bağlı hər zaman problem mövcuddur. Hansısa futbolçu hazırlıqsız, başqa birisi zədəli olur. Bunu aradan qaldırmağa çalışırıq.

- Gürcüstan komandaları adətən hücumameyilli futbol sərgiləyirlər və müdafiədə səhvlər edirlər. Bunu nəzərə almısınızmı?

- Komandalar bu turnirdə az səhv etməyə çalışırlar. İnanmıram ki, çempionatda gördüyümüz “Samtredia”nı görəcəyik.

- Avropla Liqasında mübarizə aparan komandalarımızın oyunlarını izlədinizmi? Onların qarşıdakı matçları ilə bağlı nə deyə bilərsiniz?

- Mübarizəyə I təsnifat mərhələsində başlayan “İnter” və “Zirə”nin matçlarını izlədim. Avrokubokda qazanılan hər qələbəmiz önəmlidir və bizi sevindirir. Hər iki kollektivə, eləcə də mübarizəyə II təsnifat mərhələsindən qoşulan “Qəbələ”yə uğurlar arzulayıram.

Interesting facts scroll top