» » » “Samtredia”nın baş məşqçisi: “Qarabağ” “Qəbələ”dən daha güclüdür”

“Samtredia”nın baş məşqçisi: “Qarabağ” “Qəbələ”dən daha güclüdür”

“Samtredia”nın baş məşqçisi: “Qarabağ” “Qəbələ”dən daha güclüdür”

“Ötən il “Qəbələ”yə 1:5 hesabı ilə uduzan “Samtredia” ilə inidki arasında ciddi fərq var. O vaxt oyunçularımız çox cavan idilər”.

“Report”un məlumatına görə, bunu Gürcüstanın “Samtredia” komandasının baş məşqçisi Georgi Tsetsadze futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” ilə ilk matçdan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

Qırx iki yaşlı mütəxəssis bildirib ki, heyətlə bağlı problemləri yoxdur.

O, sonra jurnalistlərin suallarını cavablandırıb.

- Qarşıdakı matçda hansı nəticə sizi qane edəcək?

- Sabah görəcəksiniz. Yaxşı oyun olacaq. Nəticəni təxmin etmək istəmirəm.

- “Qarabağ”la “Qəbələ”ni müqayisə etsəniz, hansı komanda daha güclüdür?

- “Qarabağ” daha güclüdür, son illər çempion olur.

- “Samtredia” niyə “Qarabağ”ı öz şəhərində yox, Tbilisidə “Dinamo” stadionunda qəbul edəcək?

- “Dinamo”da oynamaq sırf mənim istəyimdir. Samtrediada rəqibi qəbul edə bilməməyimizə gəlincə, stadionumuz UEFA standartlarına cavab vermir.

- “Qarabağ”ın heyətində kimləri xüsusi qeyd edərdiniz?

- Rəqib güclü komandadır. Kimisə ayrılıqda fərqləndirmək istəməzdim. “Qarabağ” kobinasiaylı futbol sərgiləyir. Yaxşı olardı ki, ümumiyyətlə, oynamayaydılar (gülür).

- “Qarabağ”ın keçirdiyi bütün yoxlama matçlarında uduzmasının sizin üçün bir önəmi varmı?

- Xeyr. Bu, yoxlama görüşləridir. Rəsmi oyunlar başqa cür olur.

Interesting facts scroll top