» » » FİFA Konfederasiyalar Kuboku - 2017-nin ən yaxşı qolunu seçib - VİDEO

FİFA Konfederasiyalar Kuboku - 2017-nin ən yaxşı qolunu seçib - VİDEO

FİFA Konfederasiyalar Kuboku - 2017-nin ən yaxşı qolunu seçib - VİDEO
© Foto: Global Look Press/Christian Charisius


FİFA Konfederasiyalar Kuboku - 2017-nin ən yaxşı qolunu seçib. Turnirin yarımfinal matçında meksikalı futbolçu Mark Fabianın Almaniyanın qapısına vurduğu qol ən yaxşı olub.


ucarliyiq.biz xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytında bildirilir.


Qol oyunun 89-ci dəqiqəsində vurulub. Almaniya milli komandasının qapıçısı Fabianın uzaq məsafədən vurduğu güclü zərbənin qarşısında aciz qalıb. Matç 4:1 hesabı ilə Konfederasiyalar Kubokunun qalibi olan Almaniya yığmasının xeyrinə başa çatıb.


Ən yaxşı beşliyə Meksikanın digər təmsilçisi Raul Himenesin qolu da daxil olub. onunla yanaşı Andre Silva (Portuqaliya) Kərəm Dəmirbaya (Almaniya) və Andre-Frank Zambo Anqissanın (Kamerun) qolları ən yaxşılar sırasındadır.


Turnirin ən yaxşı oyunçusu Yulian Draksler (Almaniya), ən yaxşı qapıçısı isə Klaudio Bravo (Çili) seçilib, Timo Verner (Almaniya) yarışın ən yaxşı bombardiri olub.

Interesting facts scroll top