» » » Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları start götürəcək

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları start götürəcək


Bu gün futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları start götürəcək. “Report”un məlumatına görə, 4 gün ərzində ümumilikdə 17 matç baş tutacaq.

Ağdamın “Qarabağ” klubu Gürcüstan çempionu “Samtredia”nı qonaq edəcəyi halda, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Slovakiya “Jilina”sı Danimarka təmsilçisi “Kopenhagen”lə üz-üzə gələcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

11 iyul

21:00. “Qarabağ” (Azərbaycan) -“Samtredia” (Gürcüstan)

22:30. “Hibernians” (Malta) - “Zalsburq” (Avstriya)

22:45. “Riyeka” (Xorvatiya) - TNS (Uels)

22:45. “Partizan” (Serbiya) - “Buduçnost” (Monteneqro)

12 iyul

20:00. “Spartak” (Latviya) - “Astana” (Qazaxıstan)

21:00. “Zrinski” (Bosniya və Herseqovina) - “Maribor” (Sloveniya)

21:00. “Malmö” (İsveç) - “Vardar” (Makedoniya)

21:00. “Hapoel” (Beer-Şeva, İsrail) - “Honved” (Macarıstan)

21:00. “Şerif” (Moldova) - “Kukesi” (Albaniya)

21:00. APOEL (Kipr) - “Düdelanj” (Lüksemburq)

21:30. BATE (Belarus) - Alaşkert (Ermənistan)

22:00. “Mariehamn” (Finlandiya) - “Legiya” (Polşa)

22:00. “Jalgiris” (Litva) – “Ludoqorets” (Bolqarıstan)

22:15. “Jilina” (Slovakiya) - “Kopenhagen” (Danimarka)

22:45. “Dandolk” (İrlandiya) - “Rusenborq” (Norveç)

23:15. “Hafnarfyordur” (İslandiya) - “Vikinqur” (Farer adaları)

14 iyul

20:00. “Linfild” (Şimali İrlandiya) - “Seltik” (Şotlandiya)

Interesting facts scroll top