» » » İtaliyanın “Cenoa” futbol klubu satılır

İtaliyanın “Cenoa” futbol klubu satılır

İtaliyanın “Cenoa” futbol klubu satılır

İtaliyanın “Cenoa” futbol klubunun satılmasına dair razılıq əldə olunub. “Report”un məlumatına görə, bu barədə Genuya təmsilçisinin prezidenti Enriko Pretsiozi “Reuters”ə açıqlama verib.

O, bildirib ki, bununla bağlı bütün məsələlər razılaşdırılıb və satış yeni mövsümün startı ərəfəsində rəsmiləşəcək. Hələlik potensial müştərilərin adları bilinmir.

Qeyd edək ki, Enriko Pretsiozi “Cenoa”nı 2003-cü ildə satın alıb və klubu iflas olmaqdan qurtarıb. Bu ilin yanvarında futbolçuların kütləvi satılması səbəbindən azarkeşlərlə klub rəhbərliyi arasında gərginlik yaranıb. A seriyasında mübarizə aparan Genuya təmsilçi sonuncu mövsümdə elitada yerini çətinliklə qoruyub.

scroll top