» » » “Sumqayıt” Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçəcək

“Sumqayıt” Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçəcək

“Sumqayıt” Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçəcək

“Sumqayıt” klubu futbol üzrə 2017/2018 mövsümü üçün hazırlıq prosesinin ikinci mərhələsini ölkə xaricində keçirəcək.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “gənclik şəhəri” təmsilçisi iyulun 15-dən baş məşqçi Samir Abasovun rəhbərliyi altında Türkiyənin Bolu bölgəsində hazırlaşacaq.

İki həftəlik toplanış müddətində komanda “VON Resort Hotel”ində məskunlaşacaq.

"Sumqayıt" Türkiyədəki təlim-məşq toplanışı dönəmində 4 yoxlama matçında qüvvəsini sınayacaq.

scroll top