» » » Belarusda hakimə rüşvət verən sabiq baş məşqçi 2 il müddətinə islah işləri cəzasına məhkum edilib

Belarusda hakimə rüşvət verən sabiq baş məşqçi 2 il müddətinə islah işləri cəzasına məhkum edilib

Belarusda hakimə rüşvət verən sabiq baş məşqçi 2 il müddətinə islah işləri cəzasına məhkum edilib

Belarusun “Smorqon” futbol klubunun sabiq baş məşqçisi Nikolay Rındyuk 2 il müddətinə islah işləri cəzasına məhkum edilib. “Report”un “Pressbol”a istinadən verdiyi məlumata görə, bununla bağlı Minsk məhkəməsi qərar çıxarıb.

Rüşvət verdiyi üçün 5 il müddətinə azadlıqdan məhrum edilmə ehtimalı olan 39 yaşlı mütəxəssis islah işlərinə cəlb olunmaqla yanaşı, əmək haqqının 25 faizini dövlətə verəcək.

Qeyd edək ki, istintaq məlumatına əsasən, Nikolay Rındyuk Belarus Futbol Federasiyasının Hakimlər və İnspektorlar Komitəsinin sədri Andrey Jukova “Smorqon”un “Orşa” kollektivi ilə matçına “münasib” referi təyin etmək üçün 100 avro rüşvət verib.

İstintaq araşdırmasından sonra A.Jukov əmlakı müsadirə olunmaqla 5 il müddətinə azadlıqdan məhrum edilib. N.Rındyuk onun işində şahid qismində ifadə verib. Lakin buna könüllü deyil, saxlanıldıqdan sonra razılıq verib. Nəticədə özü azadlıqdan mərhum edilmə cəzasından yayınıb.

39 yaşlı veteran futbolçu karyerası ərzində Rusiyanın “Lokomotiv” (Moskva) və “Rubin” kimi klublarında çıxış edib. O, 13 dəfə Belarus yığmasının heyətində meydana çıxıb və 3 qol vurub.

scroll top