» » » Xames Rodriqes karyerasını Almaniyanın “Bavariya” klubunda davam etdirəcək

Xames Rodriqes karyerasını Almaniyanın “Bavariya” klubunda davam etdirəcək

Xames Rodriqes karyerasını Almaniyanın “Bavariya” klubunda davam etdirəcək

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Xames Rodriqes karyerasını Münhen “Bavariya”sında davam etdirəcək.

“Report” xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İyirmi altı yaşlı hücumameyilli yarımmüdafiəçi 2019-cu il iyunun 30-dək icarə əsasında “Bavariya”da çıxış edəcək. Bu müddət başa çatdıqdan sonra Münhen təmsilçisi onu satın alacaq.

Kolumbiyalı futbolçu tibbi baxışdan keçdikdən sonra müqaviləyə imza atacaq. İndi onun adı iyulun 16-dan 28-dək Çin və Sinqapurda təlim-məşq toplanışında olacaq heyətə daxil edilib.

Qeyd edək ki, Xames Rodriqes 2014-cü il dünya çempionatında 6 qolla bombardir olduqdan sonra 80 milyon avro qarşılığında Fransanın “Monako” klubundan “Real Madrid”ə transfer olunub. O, İspaniya təmsilçisinin heyətində keçirdiyi 111 matçda 36 qol vurub və 41 məhsuldar ötürmə verib.

scroll top