» » » “Qarabağ” komandası Çempionlar Liqasında ilk matçına çıxıb

“Qarabağ” komandası Çempionlar Liqasında ilk matçına çıxıb

“Qarabağ” komandası Çempionlar Liqasında ilk matçına çıxıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandası Çempionlar Liqasında ilk matçına çıxıb.

“Report” xəbər verir ki, mübarizəyə II təsnifat mərhələsindən başlayan Ağdam təmsilçisinin rəqibi Gürcüstan çempionu “Samtredia”dır.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma türkiyəli hakimlərə həvalə olunub. “Qarabağ” iki görüşün nəticəsinə əsasən qalib gələrsə, “Samtredia” ardıcıl ikinci mövsüm Azərbaycan klubları tərəfindən avrokubokdan uzaqlaşdırılmış olacaq. Gürcüstan təmsilçisi ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” səddini keçə bilməyib (1:5, 2:1).

21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan)

Baş hakim: Mete Kalkavan

Baş hakimin köməkçiləri: Halil Meler, Esat Sancaktar

Dördüncü hakim: Erdem Bayik

(hakimlər briqadası Türkiyədəndir)

UEFA nümayəndəsi: Qrem Hover (İngiltərə)

Hakim-inspektor: Vladimir Antonov (Moldova)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

scroll top