» » » "Qarabağ"ın baş məşqçisi avrokuboklarda 28-ci qələbəsini qazanıb

"Qarabağ"ın baş məşqçisi avrokuboklarda 28-ci qələbəsini qazanıb

"Qarabağ"ın baş məşqçisi avrokuboklarda 28-ci qələbəsini qazanıb

Bakı. 11 iyul. REPORT.AZ / "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov avrokuboklarda 28-ci qələbəsini qazanıb.

ucarliyiq.biz-in məlumatına görə, 45 yaşlı mütəxəssis buna Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Gürcüstan təmsilçisi "Samtredia" üzərində 5:0 hesablı qələbə ilə nail olub.

Bu, həm də Qurbanovun avrokuboklarda 65-ci matçı olub. Onun komandası həm də əvvəlki görüşlərin 19-da uduzub, 18-də heç-heçə edib.

Qeyd edək ki, Qurban Qurbanov avrokuboklarda 2007-ci ildə "Neftçi"nin sükanı arxasında Avstriyada "Rid"ə qarşı matçda debüt edib - 1:3. O, "ağ-qaralar"lı 2 dəfə beynəlxalq oyuna çıxarıb. Qalan qarşılaşmalar isə Qurbanovun "Qarabağ"a rəhbərliyi dövründə baş tutub.

scroll top