» » » Bakı "İnter"i Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirəcək

Bakı "İnter"i Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirəcək

Bakı "İnter"i Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirəcək

Bu gün Bakı "İnter"i Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində ilk görüşünə çıxacaq. ucarliyiq.biz-in məlumatına görə, rəqib Lüksemburqun "Fola Eş" komandası olacaq.

"Dalğa Arena"da keçiriləcək qarşılaşma bu mərhələ üzrə Avroliqanın birinci oyunu sayılacaq. Əslində matç iyulun 13-də keçirilməli idi. Lakin "Qəbələ" ilə "İnter"in ev oyunlarının eyni günə təsadüf etməməsi üçün UEFA vaxt dəyişikliyinə əl atıb.

"İnter" əvvəlki mərhələdə Serbiya "Mladost-inu səfərdə 3:0, evdə 2:0 hesablı qələbələrlə üstələyib. "Fola Eş" isə Moldova "Milsami"sini iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 2:1, 1:1. Bu rəqib son iki həftədə Lüksemburqdan Bakıya səfər edən ikinci komanda olacaq. Daha əvvəl Avroliqanın I təsnifat mərhələsində "Zirə" elə "Dalğa Arena"da "Differdanj"ı 2:0, səfərdə isə 2:1 hesabı ilə yenib.

Azərbaycanın daha iki klubuna gəldikdə, "Qəbələ" iyulun 13-də Polşa "Yagelloniya"sı ilə "Bakcell Arena"da, "Zirə" isə Rumıniya "Astra"sı ilə Curcu şəhərindəki "Marin Anastasoviçi" stadionunda üz-üzə gələcək.

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyun

12 iyul

20:00. "İnter" (Azərbaycan) - "Fola Eş" (Lüksemburq)

Baş hakim: Eytan Şmuelvits

Yan xətt hakimləri: Nissan Davidi, Saqi Mazamber

Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)

Bakı, "Dalğa Arena"

scroll top