» » » BƏƏ paralimpiyaçısı üzərinə metal dirək düşməsi nəticəsində ölüb

BƏƏ paralimpiyaçısı üzərinə metal dirək düşməsi nəticəsində ölüb


Nizəatma növündə çıxış edən BƏƏ paralimpiyaçısı Abdulla Hayaey İngiltərənin paytaxtı Londonda məşq edərkən bədbəxt hadisə nəticəsində ölüb.

ucarliyiq.biz-in Beynəlxalq Paralimpiya Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 36 yaşlı idmançının üzərinə məşq vaxtı metal dirək düşüb. O, yerindəcə keçinib.

Qeyd edək ki, Abdulla Hayaey 14 - 23 iyulda Londonda keçiriləcək dünya çempionatına hazırlaşırmış. İndi onun xatirəsini yad etmək üçün yarışların açılış mərasimində bir dəqiqəlik sükut elan olunacaq.

Interesting facts scroll top