» » » FİFA Neymarın “Santos”dan “Barselona”ya keçidini qanuni sayıb

FİFA Neymarın “Santos”dan “Barselona”ya keçidini qanuni sayıb


FİFA Neymarın Braziliyanın “Santos” klubundan İspaniya təmsilçisi “Barselona”ya keçidini qanuni sayıb. “Report” “Globo Esporte” nəşrinə istinadən xəbər verir ki, bu barədə 25 yaşlı hücumçunun maraqlarını qoruyan “N&N Consultoria” şirkəti məlumat yayıb.

Bildirilir ki, Neymarın keçidinin qaydalar çərçivəsində reallaşmasına dair qərar iyulun 11-də qəbul olunub.

“Santos”un qərarın səbəbini FİFA-dan istəmək üçün 10 gün vaxtı var. Klub bundan sonra qərardan şikayət edə bilər.

Qeyd edək ki, “Santos” klubu 2015-ci ilin mayında FİFA-ya şikayət edib. Braziliya təmsilçisinin rəsmiləri “Barselona”, Neymar və N&N Consultoria” şirkətinin transfer reqlamentinin şərtlərini pozduqlarına əmindirlər. Klub bəyan edib ki, Neymarın transferindən 17 milyon avro əldə edib. “Barselona”nın ödədiyi məbləğin əsas hissəsi – 58,5 milyon avro isə hücumçu ilə şirkətə çatıb.

Neymar 2013-cü ilin mayında “Barselona”ya transfer olunub. Onun İspaniya təmsilçisi ilə 2021-ci ilə qədər müqaviləsi var.

Interesting facts scroll top