» » » Avropa Liqası: Bakı "İnter"i Lüksemburq klubunu məğlub edib

Avropa Liqası: Bakı "İnter"i Lüksemburq klubunu məğlub edib

Bakı. 12 iyul. REPORT.AZ / Bakı "İnter"i Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində ilk görüşünə çıxıb. ucarliyiq.biz-in məlumatına görə, rəqib Lüksemburqun "Fola Eş" komandası olub.

"Dalğa Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 89-cu dəqiqədə Mirhüseyn Seyidov vurub. Bu, Azərbaycan klublarının cari mövsümdə üst-üstə 6-cı qələbəsi olub. Cavab görüşü iyulun 20-də Lüksemburqun Eş-sür Alzet şəhərindəki "Emil Mayriş" stadionunda keçiriləcək.

Qeyd edək ki, əslində matç iyulun 13-də keçirilməli idi. Lakin "Qəbələ" ilə "İnter"in ev oyunlarının eyni günə təsadüf etməməsi üçün UEFA vaxt dəyişikliyinə əl atıb.

"İnter" əvvəlki mərhələdə Serbiya "Mladost-inu səfərdə 3:0, evdə 2:0 hesablı qələbələrlə üstələyib. "Fola Eş" isə Moldova "Milsami"sini iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 2:1, 1:1. Bu rəqib son iki həftədə Lüksemburqdan Bakıya səfər edən ikinci komanda olacaq. Daha əvvəl Avroliqanın I təsnifat mərhələsində "Zirə" elə "Dalğa Arena"da "Differdanj"ı 2:0, səfərdə isə 2:1 hesabı ilə yenib.

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyun

12 iyul

20:00. "İnter" (Azərbaycan) - "Fola Eş" (Lüksemburq) - 1:0

Qol: Mirhüseyn Seyidov, 89

Baş hakim: Eytan Şmuelvits

Yan xətt hakimləri: Nissan Davidi, Saqi Mazamber

Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)

Bakı, "Dalğa Arena".

Interesting facts scroll top