» » » Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 12 oyunu keçirilib

Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 12 oyunu keçirilib

Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 12 oyunu keçirilib

Bakı. 13 iyul. REPORT.AZ / Futbol üzrə Çempionlar Liqasında II təsnifat mərhələsinin daha 12 oyunu keçirilib.

ucarliyiq.biz-in məlumatına görə, Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Slovakiya "Jilina"sı Danimarka "Kopenhagen"ini qəbul edib. 21 yaşlı hücumçu görüşə ehtiyat oyunçular skamyasında başlayıb. O, 57-ci dəqiqədə İvan Santyaqo Diası əvəzləyib. Həmin vaxt "Jilina" 1:0 hesabı ilə öndə olsa da, tezliklə ağır zərbələr alıb. 61-ci dəqiqədə Miroslav Kaçer ikinci sarı vərəqənin ardından qovulub. 68, 73 və 83-cü dəqiqələrdə vurduğu qollarla "het-trik" edən Andriya Pavloviç "Kopenhagen"ə səfərdə qələbə qazandırıb - 3:1. Bununla da "Jilina" faktiki olaraq, növbəti mərhələ şanslarını itirib.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

12 iyul

20:00. "Spartak” (Yurmala, Latviya) - "Astana” (Qazaxıstan) - 0:1

Qol: Patrik Tvumasi, 73

21:00. "Zrinski” (Bosniya və Herseqovina) - "Maribor” (Sloveniya) - 1:2

Qollar: Oqnyon Todoroviç, 89 - Luka Zahoviç, 43. Markos Tavares, 90+4

Vurulmayan penalti: Nemanya Bilbiya, 11 ("Zrinski")

Qırmızı vərəqə: Blaj Vrhovets, 68 ("Maribor")

21:00. "Malmö” (İsveç) - "Vardar” (Makedoniya) - 1:1

Qollar: Frants Brorsson, 75 - Boban Nikolov, 63

21:00. "Hapoel” (Beer-Şeva, İsrail) - "Honved” (Macarıstan) - 2:1

Qollar: Migel Vitor, 35. Daniel Eynbinder, 52 - Davide Lanzafame, 63

21:00. "Şerif” (Moldova) - "Kukesi” (Albaniya) - 1:0

Qol: Ziquy Badibanqa, 79

21:00. APOEL (Kipr) - "Düdelanj” (Lüksemburq) - 1:0

Qol: Fakundo Bertolyo, 71

21:30. BATE (Belarus) - Alaşkert (Ermənistan) - 1:1

Qollar: Aleksey Rios, 43; 78-öz qapısına

22:00. "Mariehamn” (Finlandiya) - "Legiya” (Polşa) - 0:3

Qollar: Gilyerme, 8-penalti ilə. Dominik Nagi, 40. Kasper Hamalaynen, 44

Qırmızı vərəqə: Antoni Dafaa, 61 ("Mariehamn")

22:00. "Jalgiris” (Litva) – "Ludoqorets” (Bolqarıstan) - 2:1

Qollar: Serje Nyuiadzi, 78. Mantas Kuklis, 86 - Aniset Abel, 18

Qırmızı vərəqə: Darvidas Şernas, 90+4 ("Jalgiris")

22:15. "Jilina” (Slovakiya) - "Kopenhagen” (Danimarka) - 1:3

Qollar: Nikolas Şpalek, 39 - Andriya Pavloviç, 68; 73; 83

22:45. "Dandolk” (İrlandiya) - "Rusenborq” (Norveç) - 1:1

Qollar: David Makmillan, 18 - Tore Reginiussen, 44

23:15. "Hafnarfyordur” (İslandiya) - "Vikinqur” (Farer adaları) - 1:1

Qollar: Emil Palsson, 49 - Adeşina Laval, 73-penalti ilə

Qeyd edək ki, birinci oyun günündə 4 görüş keçirilib:

"Qarabağ” (Azərbaycan) -"Samtredia” (Gürcüstan) - 5:0

"Hibernians” (Malta) - "Zalsburq” (Avstriya) - 0:3

"Riyeka” (Xorvatiya) - TNS (Uels) - 2:0

"Partizan” (Serbiya) - "Buduçnost” (Monteneqro) - 2:0

İlk oyunlara iyulun 14-də baş tutacaq "Linfild” (Şimali İrlandiya) - "Seltik” (Şotlandiya) matçı ilə yekun vurulacaq.

Interesting facts scroll top