» » » FİFA-nın adı korrupsiya qalmaqalında hallanan İcraiyyə Komitəsinin sabiq üzvü vəfat edib

FİFA-nın adı korrupsiya qalmaqalında hallanan İcraiyyə Komitəsinin sabiq üzvü vəfat edib


FİFA İcraiyyə Komitəsinin sabiq üzvü, adı korrupsiya qalmaqalında hallanan Çak Bleyzer vəfat edib. “Report”un “Associated Press”ə istinadən verdiyi məlumata görə, amerikalı funksioner 72 yaşında dünyasını dəyişib.

2015-ci ildə ömürlük futboldan uzaqlaşdırılan Ç.Bleyzer xərçəngdən əziyyət çəkirdi və əlil arabasına məhkum olunmuşdu.

Qeyd edək ki, Çak Bleyzer 1997 - 2003-cü illərdə FİFA-nın İcraiyyə Komitəsinin üzvü, 1990-2011-ci illərdə Karib hövzəsi, Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyasının (CONCACAF) baş katibi vəzifəsində çalışıb. O, iki il öncə 2010-cu ildə dünya çempionatının Cənubi Afrika Respublikasında keçirilməsini dəstəklədiyi üçün rüşvət aldığını və daha 10 rüşvət olayında iştirakını boynuna alıb.

Interesting facts scroll top