» » » Azərbaycanlı futbolçu "Anji" klubuna daha bir il müddətinə icarəyə verilib

Azərbaycanlı futbolçu "Anji" klubuna daha bir il müddətinə icarəyə verilib

Azərbaycanlı futbolçu "Anji" klubuna daha bir il müddətinə icarəyə verilib

Rusiya "Spartak"ının əslən azərbaycanlı futbolçusu Ayaz Quliyev "Anji" klubuna daha bir il müddətinə icarəyə verilib.

“Report”un Mahaçqala təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iki klub arasındakı anlaşma 2017-2018 mövsümünün sonunadək qüvvədə olacaq.

Quliyev ötən mövsümün ikinci yarısında da Dağıstan təmsilçisinin formasını geyinib. O, 12 oyunda meydana çıxıb.

Qeyd edək ki, “Anji” komandasının baş məşqçisi milliyyətcə erməni olan Aleksandr Qriqoryandır.

Interesting facts scroll top