» » » Zaqreb "Dinamo"su baş məşqçini istefaya göndərib

Zaqreb "Dinamo"su baş məşqçini istefaya göndərib


Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu İvaylo Petevi baş məşqçi postundan istefaya göndərib.

ucarliyiq.biz-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bolqarıstanlı mütəxəssislə yollar qarşılıqlı razılıq əsasında ayrılıb.

Bu qərar yeni mövsümün startına iki gün qalmış verilib. 42 yaşlı mütəxəssisi müvəqqəti olaraq, Mario Tsvitanoviç əvəzləyib. Petev "Dinamo"da 2016-cı il sentyabrın 27-dən çalışırdı. Onun rəhbərliyi altında Zaqreb təmsilçisi son 10 ildə ilk dəfə mövsümü titulsuz tamamlayıb.

Zaqreb təmsilçisi Avropa Liqasında III təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Qeyd edək ki, İvaylo Petev 2014-cü ilin iyununda "Qəbələ"nin sükanı arxasına keçməli idi. Hətta tərəflər arasında ilkin razılıq da əldə olunmuşdu. Lakin sonda gənc mütəxəssis həmin vaxt çalışdığı Kipr AEL-i ilə müqaviləni uzatmışdı.

Interesting facts scroll top