» » » "Qəbələ" Avropa Liqasına heç-heçə ilə başlayıb

"Qəbələ" Avropa Liqasına heç-heçə ilə başlayıb

"Qəbələ" Avropa Liqasına heç-heçə ilə başlayıb
© Foto: Report.az

"Qəbələ" komandası futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

“Report”un məlumatına görə, Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv "Bakcell Arena"da Polşa təmsilçisi “Yagelloniya”nı qəbul edib.

Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Görüşdə hesabı qonaqlar açıb. Qarşılaşmanın 15-ci dəqiqəsində polşalıların kapitanı Taras Romançuk fərqlənib. Lakin fasilədən dərhal sonra "Qəbələ" Stiv Jozef-Monrozun dəqiq zərbəsi ilə oyunda tarazılıq yaradıb.

Qeyd edək ki, bu kollektivlər arasında cavab oyunu iyulun 20-də Polşanın Belostok şəhərində keçiriləcək.

Avropa Liqası, II təsnifat mərhələsi

"Qəbələ” (Azərbaycan) – "Yagelloniya” (Polşa) - 1:1

Qollar: Stiven Jozef-Monroz, 47 - Taras Romançuk, 15

Baş hakim: Marko Frits

Baş hakimin köməkçiləri: Holqer Henşel, Marsel Pelqrim

Dördüncü hakim: Qvido Uinkmann (hakimlər briqadası Almaniyadandır)

UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)

Hakim-inspektor: Erol Ersoy (Türkiyə)

Bakı. "Bakcell Arena”

scroll top