» » » Avropa Liqası: "Zirə" səfərdə Rumıniya klubuna məğlub olub

Avropa Liqası: "Zirə" səfərdə Rumıniya klubuna məğlub olub

Avropa Liqası: "Zirə" səfərdə Rumıniya klubuna məğlub olub

Bu gün Azərbaycanın daha bir klubu futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

ucarliyiq.biz xəbər verir ki, "Qəbələ”nin Bakıda Polşa təmsilçisi "Yagelloniya” ilə 1:1 hesablı heç-heçəsindən sonra "Zirə” Rumıniyanın Curcu şəhərində "Astra”nın qonağı olub.

Avrokuboklarda ilk mövsümünü keçirən "Zirə” isə "Astra" ilə səfər matçında uduzub. İlk yarıda rəqibin qoluna dərhal Rəşad Sadiqovla cavab verən Azərbaycan təmsilçisi fasilədən sonra qapısında daha iki qol görüb - 1:3. Beləliklə, Ayxan Abbasovun baş məşqçi olduğu komandaya Bakıda ən azı 2 cavabsız qolla qalib gəlmək lazım gələcək.

Qeyd edək ki, cavab görüşləri iyulun 20-də keçiriləcək.

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

13 iyul

21:30. "Astra” (Rumıniya) – "Zirə” (Azərbaycan) - 3:1

Qollar: Alexandru İonitsa, 31. Alexandru Dandya, 55. Entoni Le Tallek, 74 - Rəşad Sadiqov, 34

Baş hakim: Sergey Sinkeviç

Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Malyutsin

Dördüncü hakim: Viktor Şimusik (hakimlər briqadası Belarusdandır)

UEFA nümayəndəsi: İvan Borissov Lekov (Bolqarıstan)

Hakim-inspektor: İrji Ulrix (Çexiya)

Curcu. Marin Anastasoviçi stadionu.

scroll top