» » » "Zirə"nin baş məşqçisi: "İkinci hissədə diqqətsizlik ucbatından 2 qol buraxdıq"

"Zirə"nin baş məşqçisi: "İkinci hissədə diqqətsizlik ucbatından 2 qol buraxdıq"

"Zirə"nin baş məşqçisi: "İkinci hissədə diqqətsizlik ucbatından 2 qol buraxdıq"
© Foto: Report.az

"Bu hesabla məğlub olmaq istəməzdik. İlk hissə istədiyimiz kimi başa çatdı. Qol da vurmuşduq. İkinci hissədə diqqətsizlik ucbatından 2 qol buraxdıq".

ucarliyiq.biz-in məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Rumıniyada "Astra"ya 1:3 hesabı ilə uduzduqları Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis futbolçularının əzmkarlığının qaneedici olduğunu bildirib:

"Yeni oyunçularımıza uyğunlaşmaları üçün bir az vaxt lazımdır. İnanıramki, cavab matçında daha yaxşı çıxış edəcəyik".

Qeyd edək ki, təkrar qarşılaşma iyulun 20-də "Dalğa Arena"da keçiriləcək.

Interesting facts scroll top