» » » "Qarabağ"ın Çempionlar Liqasında III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib - YENİLƏNİB-3

"Qarabağ"ın Çempionlar Liqasında III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib - YENİLƏNİB-3


Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. ucarliyiq.biz-in məlumatına görə, püşk nəticəsində "Qarabağ"ın da potensial rəqibi müəyyənləşib.

Ağdam komandası Gürcüstan "Samtredia"sını üstələsə, "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. II təsnifat mərhələsinin ilk görüşlərində "Qarabağ" rəqibini Bakıda 5:0, "Şerif" isə Tiraspolda "Kukesi"ni 1:0 hesabı ilə yenib. Bu mərhələnin cavab görüşləri 18-19 iyulda olacaq.

Püşkatmanın nəticələri:

Çempionlar Yolu

"Slaviya" (Praqa, Çexiya) - BATE (Borisov, Belarus) / "Alaşkert" (Ermənistan) cütünün qalibi

"Spartak" (Yurmala, Latviya) / "Astana" (Qazaxıstan) - “Mariehamn” (Finlandiya) / “Legiya” (Polşa)

“Zrinski” (Bosniya və Herseqovina) / “Maribor” (Sloveniya) - “Hafnarfyordur” (İslandiya) / “Vikinqur” (Farer adaları)

“Jilina” (Slovakiya) / “Kopenhagen” (Danimarka) - “Malmö” (İsveç) / “Vardar” (Makedoniya)

“Linfild” (Şimali İrlandiya) / “Seltik” (Şotlandiya) - “Dandalk” (İrlandiya) / “Rusenborq” (Norveç)

"Hapoel" (Beer-Şeva, İsrail) / "Honved" (Macarıstan) - “Jalgiris” (Litva) / “Lüdoqorets” (Bolqarıstan)

"Viitorul" (Rumıniya) - APOEL (Kipr) / “Dudelanj” (Lüksemburq)

“Hibernians” (Malta) / “Zalsburq” (Avstriya) - “Riyeka” (Xorvatiya) / TNS (Uels)

"Qarabağ" (Azərbaycan) / "Samtredia" (Gürcüstan) - "Şerif" (Moldova) / "Kukesi" (Albaniya)

“Partizan” (Serbiya) / “Buduçnost” (Monteneqro) - “Olimpiakos” (Yunanıstan)

Qeyri-çempionlar Yolu

“Styaua” (Buxarest, Rumıniya) - “Viktoriya” (Plzen, Çexiya)

“Dinamo” (Kiyev, Ukrayna) - “Yanq Boyz” (İsveçrə)

“Nitsa” (Fransa) - “Ayaks” (Hollandiya)

AEK (Yunanıstan) - MOİK (Rusiya)

“Brügge” (Belçika) - “Başakşehir” (Türkiyə)

İlk oyunlar 25-26 iyulda, cavab görüşləri 1-2 avqustda keçiriləcək.


*** 12:58

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi zamanı potensial rəqiblərinin sayı azalıb.

ucarliyiq.biz-in məlumatına görə, səpələnmişlər siyahısında yer alan Ağdam komandası Gürcüstan "Samtredia"sını üstələsə, 4 cütün qalibi və ya George Hacının rəhbərlik etdiyi Rumıniya "Viitorul"u ilə qarşılaşacaq.

"Partizan" (Serbiya) / "Buduçnost" (Podqoritsa, Monteneqro) (İlk oyun - 2:0)

"Riyeka" (Xorvatiya) / TNS (Uels) (İlk oyun - 2:0)

"Şerif" (Moldova) / "Kukesi" (Albaniya) (İlk oyun - 1:0)

"Hapoel" (Beer-Şeva, İsrail) / "Honved" (Macarıstan) (İlk oyun - 2:1)

"Viitorul" (Rumıniya)

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.


*** 07:36

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

“Report”un məlumatına görə, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 14:00-da başlayacaq mərasimdə Azərbaycan çempionu “Qarabağ” komandasının da mümkün rəqibi müəyyənləşəcək.

Püşkatmaya qatılacaq 47 klubdan 34-ü II təsnifat mərhələsinin cütləri, 13-ü isə mübarizəyə III raunddan qoşulanlardır.

Çempionlar yolunda öz rəqibini tanıyacaq “Qarabağ”ın əmsalı 10-cu olduğu üçün Azərbaycan və Gürcüstan çempionlarının yer aldığı cüt səpələnmişlər sırasındadır.

Mümkün rəqiblər sırasında Çexiya çempionu “Slaviya” və Rumıniyada bütün rəqiblərini qabaqlayan “Vitorul” da var.

Səpələnməmişlərlər siyahısında “Rusenborq”, “Hafnarfyordur” kimi tanış, “Malmö”, “Partizan” və “Astana”nın timsalında isə kollektivlər var.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk görüşündə Gürcüstan təmsilçisi “Samtredia”nı 5:0 hesabı ilə məğlub edən Ağdam klubu rəqibini böyük ölçüdə mübarizədən kənarlaşdırıb. İyulun 18-də Tbilisidə baş tutacaq cavab qarşılaşmasında Samtredia şəhərinin eyni adlı təmsilçinin sürprizə imza atacağı inandırıcı görünmür.

Çempionlar Liqası, III təsnifat mərhələsi

Çempionlar yolu

Səpələnmişlər

“Olimpiakos” (Yunanıstan)

“Linfild” (Şimali İrlandiya) - “Seltik” (Şotlandiya) cütünün qalibi

“Jilina” (Slovakiya) - “Kopenhagen” (Danimarka) cütünün qalibi

“Hibernians” (Malta) - “Zalsburq” (Avstriya) cütünün qalibi

“Jalgiris” (Litva) – “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi

BATE (Belarus) - “Alaşkert” (Ermənistan) cütünün qalibi

“Mariehamn” (Finlandiya) - “Legiya” (Polşa) cütünün qalibi

APOEL (Kipr) - “Dudelanj” (Lüksemburq) cütünün qalibi

“Zrinski” (Bosniya və Herseqovina) - “Maribor” (Sloveniya) cütünün qalibi

“Qarabağ” (Azərbaycan) -“Samtredia” (Gürcüstan) cütünün qalibi

Səpələnməmişlər

“Malmö” (İsveç) - “Vardar” (Makedoniya) cütünün qalibi

“Spartak” (Latviya) - “Astana” (Qazaxıstan) cütünün qalibi

“Partizan” (Serbiya) - “Buduçnost” (Monteneqro) cütünün qalibi

“Riyeka” (Xorvatiya) - TNS (Uels) cütünün qalibi

“Dandalk” (İrlandiya) - “Rusenborq” (Norveç) cütünün qalibi

“Şerif” (Moldova) - “Kukesi” (Albaniya) cütünün qalibi

“Hapoel” (Beyer Şeva, İsrail) - “Honved” (Macarıstan) cütünün qalibi

“Slaviya” (Çexiya)

“Hafnarfyordur” (İslandiya) - “Vikinqur” (Farer adaları) cütünün qalibi

“Vitorul” (Rumıniya)

Qeyri-çempionlar yolu

Səpələnmişlər

“Dinamo” (Kiyev, Ukrayna)

“Ayaks” (Hollandiya)

“Viktoriya” (Çexiya)

MOİK (Rusiya)

“Brügge” (Belçika)

Səpələnməmişlər

“Styaua” (Rumıniya)

“Yanq Boyz” (İsveçrə)

“Nitsa” (Fransa)

“Başakşehir” (Türkiyə)

AEK (Yunanıstan)

Interesting facts scroll top