» » » “Yuventus”un futbolçusu “Milan”a transfer olunub

“Yuventus”un futbolçusu “Milan”a transfer olunub


İtaliya yığmasının və “Yuventus”un futbolçusu Leonardo Bonuççi “Milan”a transfer olunub.

“Report”un məlumatına görə, 30 yaşlı mərkəz müdafiəçisi bu gün yeni komandasının ofisinə gəlib.

“Milan” L.Bonuççi ilə 2022-ci ilə qədər müqavilə bağlayacaq. “Qırımız-qaralar”ın onun keçidi üçün “Yuventus”a 40 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, Leonardo Bonuççi 2010-cu ildən formasını geyindiyi “Yuventus”la 227 oyuna çıxıb və 15 qola imza atıb.

scroll top