» » » Qurban Qurbanov: "Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır"

Qurban Qurbanov: "Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır"


"Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü barədə fikirlərini bölüşüb. ucarliyiq.biz-in məlumatına görə, 45 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında növvbəti rəqibin kimliyi ilə maraqlanmadıqlarını bildirib.

Q.Qurbanov deyib: “Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır. Hazırda iyulun 18-də Gürcüstanda “Samtredia” ilə keçirəcəyimiz II təsnifat mərhələsinin cavab oyununa hazırlaşırıq. Bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik”.

Qeyd edək ki, "Şerif" Moldovadakı ilk görüşdə 1:0 hesablı qələbə qazanıb. Cavab görüşü iyulun 19-da Albaniyada keçiriləcək. "Qarabağ" isə Bakıda "Samtredia"nı darmadağın edib - 5:0.

scroll top