» » » Azərbaycan çempionatında mübarizə aparacaq yeni futbol klubu ilə bağlı bəzi məsələlərə aydınlıq gəlib

Azərbaycan çempionatında mübarizə aparacaq yeni futbol klubu ilə bağlı bəzi məsələlərə aydınlıq gəlib


2017/2018 mövsümündə futbol üzrə Azərbaycan I Divizionunda mübarizə aparacaq “Göyçə” komandası ilə bağlı bəzi məsələlərə aydınlıq gəlib.

Bununla bağlı “Report”a klubun prezidenti Mübariz Məmmədov açıqlama verib.

O bildirib ki, “Göyçə” 2004/2005 mövsümündə I Divizionda çıxış etmiş eyniadlı komandanın varisidir.

M.Məmmədov klubun paytaxtı təmsil edəcəyini və “Bakı”nın təlim-məşq bazasında məskunlaşacağını bildirib.

Klubun prezidenti baş məşqçinin adını da açıqlayıb. Bu, vaxtilə Azərbaycan Premyer Liqasında mübarizə aparmış “Muğan” və “Rəvan” komandalarının sabiq baş məşqçisi Bəhmən Həsənovdur. M.Məmmədov məşqlərə iyulun 20-dən başlayacaqlarını söyləyib: "Heyətimizə “Bakı”nın bəzi futbolçularını götürəcəyik. Həmçinin, ölkə xaricindən də 6 futbolçu gətirəcəyik. Həmin oyunçular əsasən İtaliyadandır”.

Qeyd edək ki, “Göyçə” 2004/2005 mövsümündə I Divizionda 20 xalla 4-cü yeri tutub.

Interesting facts scroll top