» » » Lüis Hemilton Formula 1 üzrə Britaniya Qran Prisinin qalibi olub

Lüis Hemilton Formula 1 üzrə Britaniya Qran Prisinin qalibi olub

Lüis Hemilton Formula 1 üzrə Britaniya Qran Prisinin qalibi olub

"Mercedes" pilotu Lüis Hemilton Formula 1 üzrə Britaniya Qran Prisinin qalibi olub. ucarliyiq.biz-in məlumatına görə, Silverstoun" trasında keçirilmiş yarışda ikinci yeri onun finlandiyalı komanda yoldaşı Valtteri Bottas tutub.

Üçüncü yerə isə "Ferrari"nin finlandiyalısı Kimi Raykonnen sahib olub.

Beləliklə, Hemilton karyerasında 5-ci dəfə vətənindəki Qran Prini qazanıb və bu göstəricidə həmyerlisi Cim Klark, eləcə də fransalı Alen Prostla bərabərləşib.

Cari mövsümdə 10 Qran Pridən sonra Lüis Hemilton 176 xalla 2-ci pillədədir. İlk pillədə cəmi 1 xal öndə olan "Ferrari" pilotu Sebastyan Fettel qərarlaşıb. Maşınların mübarizəsində isə 330 xalla "Mercedes" birinci, 275 xalı olan "Ferrari" ikincidir. Növbəti mərhələ 28 - 30 iyulda Macarıstanda olacaq.

Interesting facts scroll top